İslam

Heç bir müctəhid 8 Martı bayram etməyə icazə vermir - Seyyid Mirtaleh

7-03-2016, 21:23

8 Martın tarixi "Qadın hərəkatı” kimi tarixə düşüb. 1857-ci ildə Nyu Yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə Alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Yəni 8 mart özü əxlaqsız bir qadın olub. Qadınların azadlığını və heç kəsdən asılı olmamasını tələb edib, xüsusən qadınların istədiyi kişi ilə birlikdə olub zina etməsində vasitəçi olub. Halbuki bu dinimizə ziddir... Azərbaycanda da 8 mart qadınlar bayramı kimi qeyd olunur. Amma bu günü bayram kimi qeyd etmək olmaz. Heç bir müctəhid 8 martı bayram kimi qeyd edib həmin gündə qadınlara hədiyyə verməyə icazə vermirlər. Axı 8 Martı Beynəlxalq Qadınlar Günü elan edən Klara Setkinin istəyini gerçəkləşdirməyimizin mənası nədir? Bəlkə, deyəcəksiniz ki, qadın qayğı və diqqətə möhtac, zərif varlıqdır ona görə. Amma dinimiz qadına ildə təkcə bir gün yox hər vaxt qadınlara qayğı və məhəbbət göstərməyi əmr edir. Rəbbimiz qadının kişinin yanında İlahi bir əmanət olduğunu bildirmiş və bu əmanətə sayğı və sədaqət tələb etmişdir. Qadınlara da ildə bir dəfə yox həmişə hədiyyə almaq lazımdır. Xoş söz də bir hədiyyədir, maddi imkanı olmayan kişilər öz xanımlarına xoş sözlər hədiyyə etsinlər. Amma sırf qadınlar üçün bir gün təyin etmək istəyirsizsə onda Allahın bütün müsəlman qadınlar üçün örnək olaraq yaratdığı, dünya və axirət xanımlarının Seyyidəsi olan Xanım Fatimeyi-Zəhranın (s.ə) doğum gününü ( bu il 30 mart ) və Xanım Zeynəbin (s.ə) mövlud gününü Qadınlar günü kimi qeyd edin. Bu daha məntiqə uyğundur. Qoy xanımlarımız Klara Setkin kimilərdən yox Xanım Zəhra (s.ə) və Zeynəb kimi (s.ə) xanımlardan dərs alsınlar. Onlar əsl hicab, iffət, ismət, paklıq və həya nümunəsidirlər. Bu xanımlardan dərs alan xanım qəhrəmanlar dünyaya gətirə bilər. Əks halda Klara Setkin kimilərdən bizim xanımlarımız nə ibrət alacaq? Ondan dərs alan xanım ancaq zinakar, norkaman, şərab içən və oğru dünyaya gətirər. Ona görə arzu edirik ki Allah bütün xanımlarımızı Xanım Zəhradan (s.ə) və Xanım Zeynəbdən (s.ə) ayrı salmasın.



Heç bir müctəhid 8 Martı bayram etməyə icazə vermir -  Seyyid Mirtaleh

Administratorla əlaqə

077 611-55-22

[email protected]