İslam

QMİ sədri: "Ermənistan dini liderlərin görüşündə əldə olunan razılaşmaları həyata keçirmir"

23-07-2018, 20:04
QMİ sədri: "Ermənistan dini liderlərin görüşündə əldə olunan razılaşmaları həyata keçirmir"
“Təəssüf ki, erməni dini liderləri ilə indiyə kimi keçirdiyim görüşlərlə əldə olunan nəticələr, gəlinmiş qərarlar tam olaraq həyata keçmir, erməni tərəfinin əməli addımlarında öz əksini tapmır”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Fransanın tanınmış yazıçısı Jerar Kardo ilə görüşdə deyib.

QMİ sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı zamandan etibarən erməni dini liderləri ilə keçirdiyi görüşlər barədə qonağa geniş məlumat verib.

A.Paşazadə Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin sülh yolu ilə ədalətli həllinə yardımını əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]