İqtisadiyyat

Təcili: Ağartı məhsulları da bahalaşdı

7-09-2016, 01:26
Ölkədə gedən bahalaşma ağartı məhsullarına da təsir etməyə başlayıb

Politika.Az-a bu dəqiqələrdə verilən xəbərə görə, qiymət artımı sözügedən məhsullara da çatıb. 

Artıq iri supermarketlərdə süd, qatıq, xama, şor, pendirin qiymətində artım qeydə alınıb. "Milla”, "Ramaşka”, "Azərsüd” və digər firmaların məhsullarında artıma yol verildiyi bildirilir. Yerli istehsal olmasına baxmayaraq qiymət artımına gedən şirkətlər böhrandan zərərsiz çıxmağa hazırlaşır. 

Qeyd edək ki, son bir həftə ərzində ölkədə bahalaşma dalğası dayanmır. Dolların məzənnəsinin qalxması iqtisadi vəziyyəti ağırlaşdırıb və bazarlarda bahalaşmaya səbəb olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]