İqtisadiyyat

Neftçala rayon Maliyyə idarəsindən saytlara qarşı tərbiyəsizlik: ÜZDƏNİRAQLAR

4-03-2016, 18:03

Dosye.org saytında yayımlanan "Maliyyə Naziri Samir Şərifovun kadırı Neftçalada qanun tanımır?" başlıqlı məqalə Neftçala rayonunda bəzi şəxsləri narahat etməyə başlayıb.

Daha doğrusu məqalədə adı hallanan rayonun Maliyyə idarəsinin rəisi Rəşid Manafovun nümayindəsinin maraqlı açıqlaması olduqca rüsvayedicidir. Bir daha xatırladaq ki, Rəşid Manafov 15 ilə yaxındır ki, rayonda Maliyyə idarəsinə rəhbərlik edir. İşlədiyi dövürdən lazımı qazanc əldə edən R. Manafov bu gün tənqidi həzm etmək belə istəmir. Üzərimizə düşən vəzifədən istifadə edərək bildirmək istəyirik ki, tənqid özü bir nəticədir.

Əfsüslər olsun ki, Neftçala rayon Maliyyə idarəsinin rəisi Rəşid Manafov barəsində yayımlanan məqaləyə münasibət bildirmək əvəzinə nümayindəsi Cavid adlı şəxsi redaksiyamıza istiqamətləndirdi. Bizimlə telefon əlaqəsi yaradan Cavid adlı şəxs özünü Rəşid Manafovun nümayindəsi kimi təqdim etdikdən sonra məlumatın kim tərəfindən ünvanladığı haqda maraqlandı. Dosye.org olaraq Cavid müəllimə qarşı tərəfin mövqeyini dərc etməkdə maraqlı olduğumuzu bildirdik.

"Hörmətli" Rəşid Manafovun nümayindəsi əsəbi halda ölkədə fəaliyyət göstərən saytları "üzdən iraq" adlandırdı. Görünür, saytda yayımlanan məlumat qarşı tərəfi bərk qıcıqlandırıb. Əməkdaşımız telefon danışığı zamanı Cavid müəllimi diqqətli olmağa çağırdı. Lakin R. Manafovun nümayindəsi danışığına məhəl qoymayaraq yenidən saytları, öz dili ilə desək "üzdən iraq" olduğunu söylədi. Maddi sübüt üçün səs yasızı lazımı qurumlara təqdim edə bilərik.

Dosye.org-ın apardığı araşdırmalara görə Neftçala rayon Maliyyə idarəsinin rəisi Rəşid Manafovun rayonda kifayət qədər obiyekti var. Növbəti yazılarımızda idarə rəisinin şok doğuracaq məlumatları ilə tanış olacaqsınız. Bizi izləyin...

Administratorla əlaqə

077 611-55-22

[email protected]