İqtisadiyyat

“AtaBank”da qalmaqal:Elnur Osmanov bank adından məhkəməyə saxta arayış təqdim edibmiş

27-02-2016, 00:35
AtaBank” ASC-nin İdarə Heyətindən istefa verən Elnur Osmanovun istefasının ilginc səbəbi nədir?

Fevralın 11-də "AtaBank” ASC-nin İdarə Heyətindən istefa verən Elnur Osmanovun işdən getməsinin səbəbi bəlli olub. Məsələ ilə bağlı AzFakt.com saytını məlumatlandıran mənbənin bildirdiyinə görə, rəsmən elan olunduğu kimi Elnur Osmanov öz iradəsi ilə "AtaBank” ASC-nin İdarə Heyəti üzvlüyündən istefa verməyib, bank rəhbərliyi tərəfindən istefaya məcbur edilib. Bank rəhbərliynin Elnur Osmanovdan narazılığının səbəbi isə sonuncunun "AtaBank” rəhbərliyi adından məhkəməyə saxta sənəd təqdim etməsi olub.

Mənbə yaxın günlərdə Elnur Osmanovun cəlb olunduğu məhkəmə materiallarını, həmçinin "AtaBank”ın adından təqdim edilən saxta sənədi redaksiymıza təqdim edəcəyini bildirib. 

Elnur Osmanov

Bildirək ki, saytımıza verilən məlumatla bağlı "AtaBank" ASC ilə əlaqə yaratdıq. Bankdan bildirdilər ki, Elnur Osmanov öz istəyi ilə İdarə Heyəti üzvülüyündən istefa verib. 

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]