İqtisadiyyat

İlham Əliyev bankları Elman Rüstəmovun nəzarətindən çıxartdı

3-02-2016, 20:38
İlham Əliyev bankları Elman Rüstəmovun nəzarətindən çıxartdı
Ölkə başçısı İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarının lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarət funksiyalarına da malik olacaq. Fərmanda bildirilir ki, bankların, bank olmayan kredit təşkilatlarının (BOKT) və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək və nəzarət etmək səlahiyyəti Palataya həvalə olunub.

Başqa sözlə, bu adı çəkilən sahənin Azərbaycan Mərkəzi Bankının nəzarətindən çıxması deməkdir.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bu addımı düzgün hesab edir. Onun fikrincə, Mərkəzi Bank yalnız pul siyasəti ilə məşğul olmalıdır. Yeni yaradılan Palata isə ilk publik hüquqi şəxsdir. "Bu qurum ölkənin ilk publik hüquqi şəxsidir. Publik hüquqi şəxs bizim üçün yeni və çox lazımlı institutdur. Çünki hazırda dövlətə məxsus olan hüquqi şəxslərin (məktəblərin, xəstəxanaların, kitabxanaların və s.) status problemi var. Onların çoxu yəqin ki, yaxında publik hüquqi şəxslər olacaq”, – deyə ekspert Fins.az-a bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]