İqtisadiyyat

Bank sektoru niyə korrupsiyalaşıb?

15-07-2016, 20:28

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.

Baş Prokurorluğun hesabatında bildirilir ki, ən çox korrupsiya faktları bank sektorunda aşkarlanıb. Bəs, bunun səbəbi nədir? Bank sektoru niyə korrupsiyalaşıb?

Bununla bağlı müraciət etdiyimiz bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, pul çox olan yerdə korrupsiya da çox olur: «Amma bu hər yerdə belə deyil. Dünyanın aparıcı dövlətlərinin bank sektorunda pul bizdən də çoxdur».

Ekspert bildirib ki, bunun bir neçə səbəbləri var: «Birincisi, bizdə Bank Qanunvericiliyi çox pis vəziyyətdədir. Xeyli dərəcədə boşluqlar, korrupsiya üçün şərait yaradan müddəalar var. Qanunvericilik özü korrupsiya fəaliyyətinə yol verir.

İkincisi, qanunlarımız yaxşıdır. Amma onu icra edən şəxslər düzgün işləmir. Bu sahəyə nəzarət yoxdur. İmkan yaradılır ki, qanunları pozsunlar.

Üçüncüsü, bank sisteminin öz problemləridir. Mərkəzi Bankın fəaliyyəti də qeyri-şəffafdır. Bu qeyri-şəffaflıq da korrupsiyaya aparıb çıxarır. Bank sistemində sağlam rəqabət yoxdur. Bank təsis etmək çətindir, karici banklar ölkəyə buraxılmır. Bu sahədə bir növ inhisar var».

Əkrəm Həsənov vurğulayıb ki, Mərkəzi Bank rəhbərliyi ilə bank sahibləri və rəhbərləri arasında dostluq və qohumluq əlaqələri mövcuddur: «Mərkəzi Bank rəhbərliyinin qohumlarının hamısı bank sistemindədir. Təbii ki, bu da qeyri-şəffalığa aparır. Kommersiya banklarının özündə də idarəçilik yaxşı səviyyədə deyil. Əgər dövlət orqanları düzgün nəzarət etməsələr, banklarda da bu hallar baş alıb gedəcək»

Administratorla əlaqə

077 611-55-22

[email protected]