İqtisadiyyat

Dollar bahalaşdı - Son Dəqiqə

11-04-2018, 15:37
Rusiyada rublun dollara nisbətdə məzənnəsi ucuzlaşmaqda davam edir.

Xeberman.com xəbər verir ki, dollar 1,74 rubl bahalaşaraq 64,76 rubl olub.

Beləliklə, dollar/rubl məzənnəsi 2016-cı ilin dekabrında qeydə alınan rekordu yeniləyib.

Avronun məzənnəsi isə 2,29 rubl bahalaşaraq 80,14 rubl təşkil edib.

Moskva Birjasının indeksi 0,3% düşərək 2168,31 bənddə qərarlaşıb.

Türkiyədə də dollar zirvədən enmir. Belə ki, Qapalıçarşıda dolların alışı 4,1180 lirə, satışı 4,1200 lirə təşkil edir. Avronun alışı 5,0930, satışı 5,0950 lirədir.

Qeyd edək ki, son bir həftədə hər iki ölkənin valyutası dollara nisbətdə ən çox dəyər itirən valyutalar olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]