İqtisadiyyat

Dollar bahalaşmağa davam edir

10-08-2016, 20:22
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 9-u ilə müqayisədə 0,22% artaraq 1,6040 manat səviyyəsində qalıb.
 
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,8% möhkəmlənərək 1,7886 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,4% bahalaşaraq 0,0248 manat səviyyəsinə yüksəlib.
 
Türkiyə lirəsinin məzənnəsi 0,86% möhkəmlənərək 0,5412 manat olub.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0958 manatdır. Beləliklə, funt sterlinq 0,74%-lik bahalaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,34% artaraq 0,6834 manat təşkil edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]