İqtisadiyyat

Yanvar-may ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 825 milyon 799,7 min manat məbləğində vəsait ödənilib

8-06-2017, 07:31
Yanvar-may aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Xeberman.com-a bildirilib ki, 2017-ci ilin yanvar-may ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 825 milyon 799,7 min manat məbləğində vəsait ödənilib. Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 104,7 faiz əməl olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]