İqtisadiyyat

Mərkəzi Bankdan iqtisadi intihar: 2017-nin sonunda dollar 3 manat olacaq - Dəhşət!!!

5-01-2017, 21:34
Mərkəzi Bank iqtisadi intihara hazırlaşır

Politika.Az-ın xəbərinə görə, 2017-ci ilin sonuna qədər 1 dolların 3 manat olacağı gözlənilir. 

Təkcə 2016-cı ilin sonunda 1 dollar 2 manata çatdı. Dekabrda banklar dollar satışını dayandırdı, rəsmi məzənnə 1, 84 olaraq qalır. Amma qara bazarda 1. 95 və 2 manatdan dollar satışı həyata keçirilirdi. 

Bu iqtisadi proses və hesablamalardan çıxan qənaət ondan ibarətdir ki, 2017-ci ildə də dollar 1 manat da bahalaşacaq. Artıq iqtisadçı ekspertlər də bu proqnozu dilə gətirirlər. 

Onların hesablamalarına görə sərt-pul kredit siyasəti və manatın tam üzən məzənnəyə keçidi 1 dolların 3 manat olacağını diktə edir. 

Hökumət və iqtisadi bloka daxil nazirlər, o cümlədən Mərkəzi Bank rəhbərliyi maliyyə siyasətində xarakiri etməyə hazırlaşır. 

Belə qərara gəlinir ki, manatın hazırkı kursuna xərclənən vəsaitlər də artıqdır və tam üzən məzənnəyə keçid edilsin. 

Mayın 25-də 100 dollar almağa rəsmi məzənnəylə 149 manat ödəmək gərəkirdisə, indi 152 manat civarında vəsait ödənilir. 

Bu isə o deməkdir ki, son iki həftədə hər 100 dollara nisbətdə Azərbaycanın milli valyutası 3 manat, qara bazarda isə 5 manat dəyərsizləşib. Başqa sözlə, FES faiz artırmasa da, manat dollar qarşısında dəyərsizləşməkdədir. 

Politika.Az xəbər verir ki, idxalın həcmində yenə artım gözə dəyir və ölkədən valyuta axını o biri tərəfdən dollar tələbatı da çoxaldır. 

Milli valyutanın məzənnəsini bazar tənzimləsə, dollar 3 manat ola bilər. Məzənnə marjı və valyuta ehtiyatları ilə bazara təsir göstərən baş bankın dollara olan tələbə təsir imkanları elə çox deyil. 

Bu isə ondan xəbər verir ki, hətta mövcud məzənnə siyasəti dəyişdirilməsə də, dollara tələbatın aramsız artımı manatı zəiflədəcək. Deməli, top yenə də dollar meydançasındadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]