İqtisadiyyat

Azərbaycanda dollardan gözlənilməz məzənnə

20-01-2017, 23:20
Azərbaycanda dollardan gözlənilməz məzənnə
Manat rəsmi olaraq dollar qarşısında 2,7 qəpik və ya təxminən 1,5% bahalaşdı


 Xeberman.com xəbər verir ki, "Marja”nın yaydığı məlumatda bildirilir ki, son 3 hərracda dolların bahalaşması isə 3,2%-ə çatıb. Manat yenə "üzmür”, əgər belə olsaydı, son günlər dünyada ucuzlaşmaqda olan dollar manat qarşısında da ucuzlaşardı.


Sayt yazır ki, sanki Mərkəzi Bank dolların məzənnəsini 1,95-2 manata çatdırmağı və bu səviyyələrdə sabitləşdirməyi qarşısına məqsəd qoyub. Dolların 2 manatdan yuxarı səviyyələrə qalxması daha dərin sosial-iqtisadi problemlər yarada bilər: "2 manat psixoloji səviyyədir. Çoxları xeyli müddətdir dolların bu qiymətə qalxacağını deyirdilər. Növbəti gözlənlən yüksək səviyyələr 2.20 və 2.40 manatdır. Lakin Mərkəzi Bank dolların manat qarşısında bu səviyyələrə qalxmasına müdaxilə edə bilər. Belə ki, bu il Neft Fondu Mərkəzi Banka 4,2 milyard köçürəcək ki, bu vəsait məzənnənin sabitləşdirilməsinə yönəldilə bilər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]