İqtisadiyyat

Xarici şirkətlər Azərbaycanı niyə tərk edir? - ŞƏRH

9-12-2016, 00:59
Xarici şirkətlər Azərbaycanı niyə tərk edir? - ŞƏRH
"Hökumət ilk növbədə bu yöndə ciddi araşdırmalar aparmalı, ciddi işlər  görməlidir ki, xarici investorları cəlb etsin”.

Bunu Toplum Tv-yə REAL-ın İcraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli xarci investorların ölkədən getmə səbəblərini şərh edərkən deyib.
Картинки по запросу natiq cəfərli
Onun sözlərinə görə, Azərbaycanın ən böyük problemlərindən biri xarici investorların ölkəyə cəlb olunmasıdır: "Yaxın gələcəkdə Azərbaycanın düşdüyü problemlərin həlli yollarından başlıcası bacardıqca çoxlu sayda xarici investorların ölkəyə cəlb olunmasıdır. Bu baş verməsə, ölkədəki çətinliklərin öhtəsindən gəlmək, manatın məzənnəsinə olan basqıları azaltmaq mümkün olmayacaq. Ona görə də hökumət bu yöndə ciddi araşdırmalar aparmalı, ciddi işlər  görməlidir ki, xarici investorları cəlb etsin. Lakin son zamanlar görürük ki, əksinə xarici şirkətlərin Azərbaycandan getməsi sürətlənib. Bunun səbəbləri müxtəlifdir. Obyektiv səbəbləri ondan ibarətdir ki, ölkə iqtisdiyyatı daralır. ÜDM-in 4%-lik azalması müşahidə olunur və bazar daraldıqca, insanların alıcılıq qabiliyyəti aşağı düşdükcə, gəlirlilik azaldıqca şirkətlərin bazarları tərk etməsi təbii haldır. Bununla paralel olaraq, valyuta ilə bağlı ciddi problemlər var. Valyutanın alınmasını həyata keçirmək son zamanla problemə çevrilib. Xarici şirkətlər də öz qazanclarını valyutaya çevirib ölkədən çıxarmağa üstünlük verirlər ki, bu da təbii və normal haldır. Bununla bağlı da problemlər yaşandığından, xarici şirkətlərin ölkəyə marağı azalıb. Digər səbəblər isə ölkənin uzun illər davam edən xroniki xəstəlikləridir. Bu, xarici investorlar üçün normal şəraitin yaradılmaması, məhkəmə sisteminin ədalətli olmaması, mülkiyyət toxunulmazlığı ilə problemlərin yaşanması, korrupsiyya, inhisarçılıq hallarının olmasıdır. Bütün bunlar təbii ki, xarici investorları qorxudan, çəkindirən, investisiyalarını azaltmağa sövq edən hallardır. Yəni obyektiv iqtisadi səbəblərlə yanaşı subyektiv səbəblər də var ki, uzun illərdir Azərbaycanda öz həllini tapmır. Azad və ədalətli məhkəmə sistemi olmayan ölkələrə investorlar gəlmir, gəlməsi mümkün deyil. Azərbaycan ilk növbədə bu problemi həll etməlidir ki, investorlar da əhali də, iş adamları da ölkədə ədalət çərçivəsində fəaliyyət göstərən məhkəmə sisteminin olmasına inamalıdır. Bu bərqərar olmadıqca investorlar ölkədən getməyə davam edəcək və yeni investisiyaların gəlməsi çətinləşəcək”.

İqtisadçı ekspert Nazim Bəydəmirli isə bildirib ki Azərbaycanda əsas investorlar neft sektoruna və neft sektoruna xidmət sahələrinə gələn xarici şirkətlər idi: "Bu şirkətlər neftin qiyməti düşdüyündən, hasilat azaldığından, neft kontraktları cəlbedici olmadığından Azərbaycandan çıxır. Yəni işləri bittdiyindən Azərbaycanı tərk edirlər. Eyni  zamanda qeyri-neft sektorunda çalışanlar da var. İqtisadi böhran zamanı bazar daralır, həm də bildiyimiz kimi, Azərbaycanda biznes mühiti arzuolunan səiyyədə deyil. 2010-cu ildə Azərbaycan biznes mühitinə görə dünya reytinqində 38-ci yerdə idisə, keçən il bu rəqəm 64 və bu il gözlənilir ki, 80-ci yerə qədər gerilməsi mümkün olsun. Bu o deməkdir ki, müqayisə olaraq Gürcüstan birinci 5-liyə daxildir. Ölkəyə də investitsiya qoymaq istəyən xarici şikətlər adətən beynəlxalq reytinqə baxırlar və təəssüf ki, bu reytinqlər Azərbaycanın xeyrinə olmadığına görə onlar regionda qonşu ölkələri seçirlər. Dediyim kimi, bu da Azərbaycanda buş şirkətlərin bağlanmasına, çıxmasına səbəb olur. Yəni səbəb həm iqtisadi böhran, həm de biznes mühitinin yaxşı olmamasıdır”.
Картинки по запросу Nazim Məmmədov
Qeyd edək ki, Yeddi xarici şirkət Azərbaycandakı filialının ləğv olunduğunu elan edib. "APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, ləğv olunanlar "Vamed Engineering GMBH", "Vipro UK Limited", "Chemonics International Inc.", "Neu Dynasty International Group Limited", "Arcotrans LLP", "Ivor Promotions LLP", "Champion Technologies Russia & Caspian B. V." şirkətlərinin filiallarıdır.

Gülzar Məmmədli 
Toplum Tv

Administratorla əlaqə

077 611-55-22

[email protected]