İdman

AZAL “Zirə“dən üstün oldu

20-12-2015, 15:56
AZAL “Zirə“dən üstün olduBu gün Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində daha bir qarşılaşma keçirilib


Piasport.az-ın məlumatına görə, günün ikinci qarşılaşması paytaxtda baş tutub.

AZAL öz meydanında "Zirə" ilə qarşılaşıb. Son turlarda uğurlu nəticələri ilə diqqət çəkən Tərlan Əhmədovun komandası "Zirə" ilə görüşdən də qalib ayrılıb. Tagim Novruzovun matçın 14-cü dəqiqəsində vurduğu qol AZAL-a minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu, AZAL-ın ardıcıl üçüncü qələbəsi olub. Daha öncə "Xəzər Lənkəran" və "Neftçi"ni 1:0 hesabı ilə məğlub edən AZAL bu dəfə "Zirə"ni eyni hesabla üstələyib.


20 dekabr

15:00. AZAL – “Zirə” - 1:0
Qol: Tagim Novquzov, 14-pen (1:0)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Mahir Məmmədov
AZAL Arena.

Administratorla əlaqə

077 611-55-22

[email protected]