İdman

Namiq Əliyev Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinə yenidən üzv seçilib

4-09-2016, 20:45

Namiq Əliyev Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinə yenidən üzv seçilibKonqresdə İcraiyyə Komitəsinin səlahiyyət müddətləri başa çatan üzvlərinin yerinə yeni seçkilər baş tutub.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev yenidən Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin üzvü seçilib.

Xeberman.com AzərTAC-a istinadən verdiyi məlumata görə, sentyabrın 3-4-də Fransanın Makon şəhərində Dünya Güləş Birliyinin növbəti illik konqresi keçirilib.

Konqresdə İcraiyyə Komitəsinin səlahiyyət müddətləri başa çatan üzvlərinin yerinə yeni seçkilər baş tutub. İcraiyyə Komitəsində 2010-2016-cı illərdə Azərbaycanı təmsil edən və səlahiyyət müddəti başa çatan N.Əliyev namizədliyini yenidən irəli sürüb. Konqres iştirakçılarının böyük əksəriyyətinin səsini qazanan Azərbaycan təmsilçisi yenidən bu qurumun üzvü seçilib. O, növbəti altı ildə beynəlxalq qurumun idarəçiliyində yer alacaq.

N.Əliyev ilk dəfə 2010-cu ildə Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin üzvü seçilib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]