İdman

“Bakcell Arena” bağlandı

11-08-2016, 00:54
“Bakcell Arena” bağlandı

Mövsüm ərzində fasiləsiz olaraq oyunların təşkil edildiyi stadionlar müəyyən vaxtlarda rennovasiya işləri üçün bağlanır. Bildiyiniz kimi, artıq bəzi klublarımız mövsüm bitdikdən sonra ev oyunlarını keçirdikləri stadionlarda bu işləri həyata keçirməyə başlayıblar.

Oxu.Az-ın məlumatına görə, bu sözlər "Qəbələ” və "Neftçi”nin birgə yayımladığı məlumatda yer alıb.

Hər iki klubun birgə hazırladığı və rəsmi saytları vasitəsilə ictimaiyyətə təqdim etdikləri məlumatda futbol komandalarının növbəti oyunlarının digər stadionlarda keçirmələrinin səbəbləri qeyd edilib: 

"Bakının 8-ci km qəsəbəsində yerləşən "Bakcell Arena” stadionunda rennovasiya işlərinin aparılması "Qəbələ” və "Neftçi” klublarının Avropa Liqasında çıxışı səbəbindən mümkün olmamışdı.

Hava şəraitinin isti keçməsi arenada qeyd olunan tədbirlərin görülməsi zərurətini meydana çıxarıb.

"Qəbələ” İK və "Neftçi” PFK nümayəndələri 09.08.2016-cı il tarixində stadionun ot örtüyünə baxış keçirərək burada oyunların keçirilməsini məqsədəuyğun hesab etməyiblər.

Rennovasiya işləri ilə əlaqədar "Qəbələ” Avropa Liqasının pley-of mərhələsi matçını, "Neftçi” isə ölkə çempionatının oyunlarını digər stadionlarda keçirəcək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]