İdman

Gecənin fotosu: O, ağrıdan ağlamır, komandasından ayrıldığına ağlayır

11-07-2016, 00:16
Gecənin fotosu: O, ağrıdan ağlamır, komandasından ayrıldığına ağlayırBu, Ronaldodur. Ağlayır. Ona görə yox ki, dizindən aldığı zərbə nəticəsində canı ağrıdı, o üzdən, ağrıdan ağlayır. Yox. O, illərlə xəyalını qurduğu, həyatının ən önəmli matçı hesab etdiyi final oyununda oynaya bilməyəcəyi üçün ağlayır. 

Ronaldo anlayır ki, onsuz komandası zəif olacaq. Hətta komanda onun yoxluğunda bir-birinə kilidlənib daha yaxşı oynasa, qələbə qazansa, Ronaldonun bu qələbədə payı olmayacaq. 

O, çempionluq kubokunu kapitan olaraq başı üzərinə ilk qaldırmağı xəyal edirdi. Ronaldonun xəyalını puç etdilər, dizini yerə gətirdilər. 



İndi çoxları əmindir ki, Fransa millisinin müdafiəçisi Ronaldonu qəsdən zədələdi. Ola bilər. Ronaldo Portuqaliyanın əsas qol silahıydı, oyun qurucusuydu. Onu sıradan çıxarmaqla fransızlar rəqibi tərksilah etməyi düşünə bilərdilər. 

Avro-2016-nın finalı bu hadisə ilə yadda qalacaq. 21-ci əsrin ən böyük iki futbolçusundan birinin zədələnərək oynaya bilməməsi ilə xatırlanacaq. Oyunun nəticəsindən asılı olmayaraq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]