İdman

Millimizin oyununda stadion bomboşdur - Fotolar

13-10-2015, 20:25
Qol.az-ın Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, oyunun başlanmasına bir saat qalmışa qədər stadionun tribunalarının boş olması diqqət çəkib. İlkin hesablamara görə, matça 1 saat qalmışa qədər tribunaya heç 100 azarkeş toplaşmayıb.

Qeyd edək ki, oyuna marağın az olması səbəbsiz deyil. Bu matç meydan sahibi Bolqarıstan üçün faktiki olaraq heç bir əhəmiyyət kəsb etmir. Komanda onsuz da “Avro-2016”ya getmək şansını itirib. Bu səbəbdən meydan sahiblərinin baş məşqçisi millimizlə oyuna daha çox gəncləri buraxacağını bildirib.

Əlavə edək ki, bu oyunda millimiz qalib gələrsə, bolqarları geridə qoyaraq qrupu dördüncü yerdə tamamlayacaq.

Xatırladaq ki, Bolqarıstan - Azərbaycan matçı saat 23.45-də başlayacaq.


avrofutbol.com

Millimizin oyununda stadion bomboşdur - Fotolar

Administratorla əlaqə

077 611-55-22

[email protected]