İdman

Mübariz Mənsimov: "Rednik gəlsin, "Xəzər Lənkəran"ı yaşadım" - ÖZƏL

2-06-2016, 22:52

 

"Xəzər Lənkəran" klubunun fəaliyyətini dayandırması barədə xəbər vermişdik. Stadium.Az bu məsələylə bağlı yeni xəbər əldə edib. Belə ki, komanda yenidən və daha güclü qurula bilər. Bu barədə klubun fəxri prezidenti Mübariz Mənsimova yaxın mənbədən saytımıza bildiriblər. Verilən məlumata görə, Mübariz bəy "Xəzər Lənkəran”ı yaşatmaq barədə düşünür. O, bildirib ki, komandanın eks baş məşqçisi rumıniyalı baş məşqçi Mirça Redniki "Xəzər Lənkəran”a gətirməyə razı salsalar, klubu yenidən dirçəltməyə və daha iddialı etməyə hazırdı. Yəni ki, Mirça Rednik gəlsin, "Xəzər Lənkəran”ı yaşadım. Daim qeyri adiliyi ilə seçilən Mübariz bəyin bu fikrinin reallaşması indi Rednikdən aslıdır.

Mirça Rednik isə ötən mövsüm Buxarest "Dinamo”sunu çalışdırıb və komanda mövsümü titulsuz başa vurduğundan istefaya göndərilib.


"Xəzər Lənkəran” klubunun məsələyə münasibətini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]