Əsas Səhifə / İdman

Nodar Məmmədov: "Neftçi"-ni təbrik etmək olmaz"

13-02-2016, 20:49
"Neftçi"-ni təbrik etmək olmaz. Çünkü onlar bizdən iki baş güclü idilər, lakin minimal fərqlə qalib gəldilər". "Report" xəbər verir ki, bu fikri "Neftçi" komandası ilə qarşılaşmadan sonra "Xəzər Lənkəran"-ın oyunçusu Nodar Məmmədov səsləndirib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasınln XXI tur çərçivəsində keçirilən görüşdə paytaxt təmsilçisi 1:0 hesablı qələbə ilə başa vurub.

Nodar Məmmədov bildirib ki, "Xəzər Lənkəran" komandası son dəqiqəyə qədər əlindən gələni etdi. Amma nəsə çatışmadı.

"Bizə bir qələbə lazımdır. Davamı gələcək", - deyə futbolçu əlavə edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]