İdman

“İnter” son dəqiqədə məğlubiyyətdən qaça bildi

1-05-2016, 19:41
“İnter” son dəqiqədə məğlubiyyətdən qaça bildi

Xeberman.com xəbər verir ki, "İnter” doğma meydanda "Sumqayıt”ı qəbul edib və 2:2 hesablı bərabərliyə qalıb.

Hesabı 6-cı dəqiqədə qonaqlar açıblar. Vaqif Cavadov fərqlənib. 11-ci dəqiqədə Mirsahib Abbasov oyunda bərabərliyi bərpa edib. 

Lakin bu qoldan cəmi 8 dəqiqə sonra Amil Yunusov "bankirləri” yenidən məyus edib. 

Oyun əlavə edilmiş dəqiqələrdə baş hakim Ömər Paşayev "Sumqayıt”ın qapısına penalti təyin edib. Nika Kvekveskirinin ilk zərbəsini Səlahət Ağayev qaytarsa da, təkrar zərbə dəqiq olub. Bu qol sayəsində "İnter” məğlubiyyətdən xilas olub. 

Günün ikinci oyunu da bu hesabla başa çatıb. "Qəbələ” doğma meydanda "Neftçi” ilə bacarmayıb - 2:2.

Qollar: Aleksey Qay, 21 (pen.), Rəşad Sadiqov, 51 - Ruslan Qurbanov, 34, Elşən Abdullayev, 64

Administratorla əlaqə

077 611-55-22

[email protected]