İdman

Avropa Liqasında `Qarabağ` və `Qəbələ`nin rəqibləri məlum oldu

8-08-2015, 22:05

Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində mübarizəni davam etdirən Azərbaycan klubları “Qarabağ” və “Qəbələ” səpələnməmişlər səbətində yer alıb. Hər iki klubumuzun rəqibləri bəlli olub.
“Qarabağ" "Yanq Boyz"la, "Qəbələ" isə “Panatinaikos”la qarşılaşacaq. Qeyd edək ki, ilk oyunlar 20 avqustda rəqib meydanında, cavab oyunları isə 27 avqustda doğma meydanda keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]