İdman

"Qəbələ" Liderliyə yüksəldi

19-02-2017, 20:49

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Turun son oyun günündə iki qarşılaşma baş tutub.

İstiPress xəbər verir ki, Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi sınağa çəkib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yusif Nəbiyevin vurduğu qol yeganə olub. "Kimyaçılar" qələbə nəticəsində bir günlük aradan sonra 4-cü pilləyə qayıdıb.

Turun son matçı “Qəbələ” və “Qarabağ” komandaları arasında baş tutub. Cari mövsümdə çempionluğa əsas namizəd olan bu kollektivlərin növbəti dueli meydan sahiblərinin qalibiyyəti ilə nəticələnib. Matçda hesabı 28-ci dəqiqədə Sergey Zenyov açıb. 69-cu dəqiqədə isə Filip Ozobiç son nöqtəni qoyub. Bu, həm də bombardirlik yarışında liderlik edən xorvatiyalı yarımmüdafiəçinin 12-ci qolu olub.

Beləliklə, xalını 42-yə çatdıran Qəbələ təmsilçisi zirvəni ələ keçirib. Roman Qriqorçukun komandası 42 xala malik olan Ağdam klubunun şəxsi görüşlərdə üstələdiyinə görə lider olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]