Gündəm

Prezident Bakıdan 500 milyon aparıb? - İlginc iddia

24-10-2016, 01:54
Venesuela prezidenti Nikolas Maduronun Bakı səfəri müzakirə olunur

Politika.Az-ın məlumatına görə, əməkdaşlığın necə olacağı detallı açıqlanmayıb. Lakin prezidentlərin birgə bəyanatında neft və ticari əlaqələrdən söhbət açılır. Venesuela Vaşinqtona barmaq silkələyən dövlətdir. 

Son zamanlar rəsmi Bakının da Qərblə, o cümlədən ABŞ-la münasibətlərində soyuqluq var. Prezidentin Bakı səfərində iqtisadi maraqlar, neftin qiymətini artırmağa yönəlik cəhdlər olduğu deyilir.

Sabiq deputat, Mili Şura üzvü Gültəkin Hacıbəyli Maduronun səfəri haqda yazıb. Onun sözlərinə görə, Venesuela prezidenti öz ölkəsində bir dəfə impiçment təhlükəsilə üz-üzə qalıb, amma təhlükə yenə də sovuşmayıb: 

"Parlament seçkilərini rüsvayçılıqla uduzub, bir milyon adam küçələrə axışıb istefasını tələb edir. 35 yaşına qədər avtobus və kamaz sürüb, təhsilsizdir. Venesuela prezidentini dünyada hamı lox sayır. Ancaq deyəsən bizi dəli çıxardı və getdi. Onun 500 milyon pulumuzu apardığını deyirlər”.

Politoloq Elxan Şahinoğlunun fikrincə, Madura Venesuellada iqtisadiyyatı şaxələndirə bilmir: "Onun yeganə ümidi neftin qiymətinin artımınadır. Bir müddət əvvəl İstanbulda keçirilən enerji konfransında məhz buna görə qatılmışdı. Rusiya prezidenti Vladimir Putinlə görüşdə ona dedi ki, İstanbuldakı çıxışınız neftin qiymətinin 1-2 dollar artımına səbəb olub. 

Gör nəyə sevinirdi. Bakıya gəlişi də eyni məqsəd daşıyır: necə edək ki, neftin qiymətini qaldıraq? Bu sualın cavabı Bakı üçün də bəlli deyil. Maduranın Azərbaycanın ardınca digər neft istehsalçısı ölkələrinə səfəri davam edir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]