Əsas Səhifə / Gündəm

Milli Şuranın üzvü facebook-da İlham Əliyevi təriflədi

16-11-2015, 22:35
Milli Şuranın üzvü facebook-da İlham Əliyevi təriflədi

Vaxtı ilə hakimiyyətin yanında olan, deputat seçilməyəndən sonra müxalif cəbhəyə keçən, iqtidara qarşı sərt çıxışları ilə son beş ildə gündəmdə olan Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli İlham Əliyevin Fransa prezidentinə göndərdiyi başsağlığı məktubunu öz facebook səhifəsində paylaşaraq belə şərh verib:
“Prezident İlham Əliyevin Fransa prezidenti Fransua Ollanda ünvanladığı bu başsağlığı mesajını tam şəkildə dəstəkləyirəm. Bir dövlət başçısı da, bir sadə və ləyaqətli vətəndaş da eyni mövqedən çıxış etməli idi. İlham Əliyev də Fransa xalqının yanında olduğunu yazıb və hətta daha çox şeylər yazıb. Düz də yazıb. Hə, indi islam fədailəri, vətən aşıqləri, sizin rəylərinizi gözləyirəm. Hünəriniz varsa, bircə kəlmə, "Səninləyik, Fransa" statusuma görə yazdıqlarınızın birəbeş mislini prezidentin başsağlığı mesajının altında da yazın”.
Savash.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]