Gündəm

Dövlət qurumlarında yoxlama başladı - Siyahı

9-09-2016, 20:50
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib

Palatadan verilən məlumata görə, kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, eləcə də Agentlik üzrə və büdcədənkənar daxilolmaların formalaşması və istifadəsinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

"İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb”, - deyə məlumatda vurğulanıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram da təsdiq edilib.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə qəbul edilmiş təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərar qəbul edilib.(mia.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]