Gündəm

Ölkədə kəskin bahalaşma gözlənilir

6-09-2016, 20:35

İdxal dayanıb, topldansatış mərkəzləri mağazalara mal verə bilmir

Məşhur reytinq agentliyi: «Keçmiş sovet ölkələri arasında ən böyük maliyyəböhranı Azərbaycandadır»

"Mud Invester Servis” Azərbaycanın ölkədəki kapital üzərində müəyyən nəzərəti formalaşdırmalı olduğunu bildirib. Təşkilat həmçinin keçmiş sovet ölkələri arasında ən böyük maliyyə krizisinin məhz Azərbaycanda olduğunu qeyd edib.

Fins.az-ın məlumatına görə, məqalədə o da bildirilir ki, pul-kredit siyasəti ölkədəözünü doğrultmayıb. Eyni zamanda, ölkədə dollar qıtlığı mövcuddur. Təşkil olunan valyuta auksiyonlarında isə təklif olunan dollar təlabatdan dəfələrlə azdır.

Hesabatda bildirlir ki, manat son dövrlərdə daha çox ucuzlaşmaya məruz qalıb vəhazırki "məzənnə tarixçəsi” ilə keçmiş sovet ölkələrinin valyutaları ilə müqayisədədaha pis vəziyyətdədir. Hətta Azərbaycan manatı devalvasiya səviyyəsinə görəUkrayna qrivnasını da geridə qoyur.

Qeyd edək ki, son günlər ölkədə dollar ajiotajı yaranıb. Ölkədə fəaliyyət göstərən bankların əhəmiyyətli hissəsi dollar satışını dayandırıb. Bir neçə bank dollar satır ki, onlar da əhalidən aldıqları dollarları satdıqlarını bəyan ediblər. Həmin banklar 100 dollardan artıq satmır.

Dolların qıtlığı ölkədə bahalaşmaya səbəb olub. Siqaretlər bir neçə gün ərzində iki dəfəbahalaşıb. Digər məhsulların da qiyməti də günbəgün əhəmiyyətli dərəcədə artır. Ölkənin iri topdansatış mərkəzləri mağazalara mal buraxmır. Dərman depolarında da vəziyyət oxşardır. Eklektrotexnika ilə məşğul olan sahibkarlar da ölkəyə mal idxal edəbilmir. Ona görə də anbarlarda olan mal mağazalara ya verilmir, ya da baha qiymətətəklif edilir.

Ekspertlər hesab edir ki, bu gedişlə ölkədə qıtlıq və kəskin bahalaşma gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]