Gündəm

Ermənistan vətəndaşı Azərbaycana keçərkən saxlanılıb - RƏSMİ

13-08-2016, 15:20
Azərbaycana keçmək istəyən erməni saxlanılıb.
 
Bu barədə musavat.com-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü  Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
 
Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.
 
İctimaiyyətə əlavə məlumat veriləcək. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]