Gündəm

Tanınmış müğənnidən etiraz: “Xalq kütəlvi intihar edir. Hakimiyyət narahat deyil?”

10-07-2016, 19:46

Azərbaycanın korifey sənətkarlarından Rəşid Behbudovun qızı, tanınmış müğənni Rəşidə Rəşid (Behbudova) facebook səhifəsində ölkədə intiharların kütləvi hal almasına münasibət bildirib. O, hakimiyyət orqanlarını, xüsusən də parlamenti bu vəziyyət qarşısında biganə qalmaqda qınayıb. Müğənni iki nəfərin intihar etdiyi haqda xəbəri paylaşaraq, bu sözləri yazıb (Ruscadan tərcümə olunub, çünki müğənni statuslarını rus dilində yazır):
"Hakimiyyət praktiki olaraq intiharların artmasından narahat deyil? Bu artıq hiddət doğurur. Milli Məclis! Siz, deputatlar! Sizi xalq (!) seçib…? Nəhayət, rəhbərliyin xoşuna gəlmək eyforiyasından ayılın! Xalq kütləvi intihar edir!”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]