Gündəm

Azərbaycan döyüşə hazır ölkələr sırasında

7-07-2016, 02:15
Azərbaycan əhalisinin döyüşməyə hazır olan ölkələr sırasında yeri müəyyənləşib.
 
ANS xəbər verir ki, bu barədə ABŞ-ın beynəlxalq araşdırma şirkəti olan "Gallup”un apardığı sorğunun nəticəsində qeyd olunur.
 
Sorğuda iştirak edən Azərbaycan əhalisinin 85 faizi ölkəsi üçün döyüşməyə hazır olduğunu bildirib. Bu isə ölkəmizin siyahıda 6-cı yerdə qərarlaşmasına səbəb olub.
 
Siyahıya 94 faiz göstərici ilə Mərakeş liderlik edir. Türkiyə 73 faizlə 12-ci, ABŞ 44 faiz göstərici ilə 39-cu sıradadır. Gürcüstan 76 fazilə 9-cu, Ermənistan 72 faizlə 15-ci, Rusiya 59 faizlə 27-ci yerdə qərarlaşıb.
 
Siyahıda ön sıralarda əsasən müsəlman, son sıralarda isə Avropa ölkələri qərarlaşıb.

 
 
31 DƏFƏ OXUNUB

Administratorla əlaqə

077 611-55-22

[email protected]