Gündəm

İncəsənət Muzeyinin fantastik təmir xərci

9-06-2016, 00:06
[thumb=left]https://xeberman.com/uploads/posts/2016-06/1465416445_60.jpg[/thumb

9 ildir ki, təmir olunan binaya 16 milyon manat israf olunub

Bu ilin dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə 6.7 milyon manat investisiya xərci ayrılıb. Gununsesi.info-nun məlumatına görə, həmin vəsaitin 5 milyonu Azərbaycan Dövlət Milli İncəsənət Muzeyinin təmir-bərpasına yönəldilib. Amma son illərdə bu muzey bir neçə dəfə əsaslı təmirə dayandırılıb və bu istiqamətdə külli miqdarda pul ayrılıb. Belə ki, 2007-ci ildə 7.7 milyon manat, 2011-ci ildə 4.5 milyon manat istifadə edilib. Artıq 2014-cü ildən başlayaraq, muzey yenidən əsaslı təmirə dayandırılıb. Bu istiqamətdə 2014-cü və 2016-cı illərin hərəsində 5 milyon manat olmaqla pul ayrılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]