Gündəm

Nazir və merin 5 milydarlıq “yağış korrupsiyası” - Faktlar

11-10-2016, 00:52
Bakı meri Hacıbala Abutalıbov və nəqliyyat naziri Ziya Məmmədov kanalizasiya korrupsiyasında boğula bilər

Politika.Az-ın verdiyi məlumata görə, son bir neçə gündə paytaxtın yağış suları altında qalması növbəti dəfə bu infrastrukturda milyardların mənimsənildiyini təsdiqlədi. 

Hətta iqtidar mediası da Bakıda yağışın şəhərin nəqliyyat sistemini iflic etdiyini, evləri su basdığını tənqid etdi. Buna görə müvafiq qurumlar günahkar çıxarıldı. 
Əldə etdiyimiz bilgiyə görə, ölkə rəhbərliyi də şəhərdəki kommunal təsərrüfatın fəlakət vəziyyətində olduğunu müşahidə edib. Ölkə başçısı nəqliyyat naziri və BŞİH rəhbərindən gileyini gizlətməyib. 

Hər iki məmurun cəzalandırılması və töhmət alması aktualdır. Çünki illərdir bu sahəyə ayrılan büdcə pulları talan edilir, problemlər isə olduğu kimi qalıb. 
İqtisadi böhran dövrünə baxmayaraq bu ildə bücədən 2017-ci il üçün maliyyə nəzərdə tutulub. Amma Z.Məmmədov və H.Abutalıbov Bakı sakinlərini yox, yeyintinn metodlarını düşünür. 

Politika.Az faktlara nəzərə salmağa çağırır. Belə ki, bu il büdcədən birbaşa mənzil və kommunal təsərrüfatı sahəsinə 416 763 883 manat vəsait yönəldilib. 
Bunun 90 651 523 milyon manatı mənzil təsərrüfatına, 311 767 377 milyon manatı da kommunal təsərrüfatına ayrılıb. Bununla yanaşı, mənzil və kommunal təsərrüfatı sahəsi üzrə kommunal, kommunikasiya xidmətləri və digər tədbirlərə 70 milyon manat nəzərdə tutulub. 

Bu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 3 554 800 000 manat (bundan xarici kreditlər hesabına maliyyələşən infrastruktur layihələr 1 578 000 000 manat, dövlət əsaslı vəsait qoyuluşu üzrə infrastruktur layihələr 1 976 800 000 manat), nəqliyyat 83 174 634 manat, o cümlədən Nəqliyyat Nazirliyi 30 706 006 manat, avtomobil yolları təsərrüfatı 25 021 006 manat, avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsi 5 685 000 manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu 290 milyon manat nəzərdə tutulub.

Nəqliyyat Nazirliyinə ayrılıqda 2 687 733 manat, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə 2 092 954 manat, şəhər və rayon icra hakimiyyəti orqanlarının saxlanılmasına da 87 551 525 manat ayrılıb. 

Göründüyü kimi, bir ildə infrastruktur və kommunal sahəyə 5 milyard civarında bir vəsait yönəldilib. Hər il təxminən bu qədər vəsait şəhərin infrastruklturuna ayrılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]