Gündəm

MTN-nin İstintaq İdarəsinin rəsi müavini həbs edildi - EKSKLÜZİV

1-11-2015, 19:46
MTN-nin İstintaq İdarəsinin rəsi müavini həbs edildi - EKSKLÜZİV

Bu dəqiqələrdə aldığımız məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha bir yüksək rütbəli zabiti həbs edilib. Musavat.com-a daxil olan xəbərdə bildirilir ki, noyabrın 1-də MTN-nin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbərov saxlanılıb. Məhkəmə hökmü ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov tutduğu vəzifəsən azad edilib. Bundan sonra MTN-nin bir sıra idarə rəisləri, onların müavinləri işdən çıxarılaraq həbs edilib. Məlumatlı mənbənin bildirdiyinə görə, üzümüzə gələn həftə MTN-də daha bir neçə sensasion həbslərin olacağı gözlənilir.


mediaxeberleri.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]