Gündəm

"Mayın 8 -i olmasa da, 9-da, 10-da hücum olacaq" - ŞOK PROQNOZ

8-05-2016, 22:29

"Mayın 8 -i olmasa da, 9-da, 10-da hücum olacaq" - ŞOK PROQNOZ

 
 


 

Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə bildirib ki, ermənilər qorxu içində mayın 8-də Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş zonada Ermənistan ordusuna qarşı hücümunu gözləyirlər.

Deputat vurğulayıb ki, mayın 8 -i olmasa da, 9-da, 10-da, hansısa bir gündə mütləq olacaq:

"Ermənistan və dünya erməniləri böyük vahimə içindədirlər. Ermənilər qorxu içində mayın 8-də Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş zonada Ermənistan ordusuna qarşı hücümunu gözləyirlər. Yəqin bu axşam Ermənistanda və işğal edilmiş zonada heç kim yatmayacaq, neçəsinin adi bir şıqqıltıdanürəyi partlayacaq. Sonradan onları da "genosid siyahısına" əlavə edəcəklər.

Amma, onlar düz fikirləşirlər, hücum olacaq. Mayın 8 -i olmasa da, 9-da, 10-da, hansısa bir gündə mütləq olacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməkdən inadkarlıqla imtina etdikdə Azərbaycanın hərbi yoldan başqa çıxış yolu qalmayacaq.

Onun tarixini isə saytlarda xəbərlər vasitəsi ilə elan etməyəcəklər. Ermənistan bir də görəcək Azərbaycan bayrağı Xankəndində, Şuşada asılıb”

Administratorla əlaqə

077 611-55-22

[email protected]