Ölkə

Mayın 10-da hava 20-25 dərəcə isti olacaq

9-05-2016, 15:19

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xeberman.com xəbər verri ki,  bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında

Mayın 10-da şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 20-25, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında

Mayın 10-da hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]