Gündəm

Təbrizdə Qarabağla bağlı konfrans keçirildi -Foto

8-05-2016, 22:00
 
Təbriz Universiteti tərəfindən təşkil olunan elmi-praktiki konfrans Şuşanın işğalının ildönümünə həsr edilib. 
 
Maide.Az xəbər verir ki, İranın Təbriz şəhərində "İslam torpaqları və Qarabağ" adlı tədbir keçirilib.   Azərbaycandan tanınmış ictimai, siyasi xadimləri o cumlədən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Zərdüşt Əlizadə, İlyas  İsmayılov, Tahir Kərimli, Eldəniz Quliyev, Rövşən Əhmədli və digərləri konfrasda iştirak etmək üçün İrana gediblər.  
 
İranın bir çox elm nümayəndələrinin, ictimai xadimlərinin iştirakı ilə keçiriləcək tədbirdə Şuşanın işğalı, bu mədəniyyət ocağının Azərbaycan, bütövlükdə islam dünyası üçün əhəmiyyəti, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələr edilib.
 
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu konfransda çıxış edib. O, Təbrizdə keçirilən konfransı təqdirə layiq adlandıraraq deyib: "Yeddi mayda Şuşa şəhərinin işğalının ildönümü günü ilə eyni zamanda ekspertlər və siyasətçilərin iştirakı ilə Təbriz Universitetində "İslam Torpaqları və Qarabağ" mövzusunda elmi konfransın keçirilməsi dəyərli addımdır və işğal olunmuş ərazilər barədə məlumatın verilməsində çox önəmli rol ifa edəcək”.
 
Azərbaycan Respublikası Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli də Təbriz Universitetində "İslam torpaqları və Qarabağ" mövzusunda konfransın keçirilməsini əhəmiyyətli adlandırıb.
 
O,  "Bu konfransın keçirilməsi işğal olunmuş ərazilərin azad olunması və bu münaqişənin ədalətli həllində önəmli rolu oynaya bilər və həmçinin iki ölkə əlaqələrinin möhkəmlənməsində yüksək əhəmiyyət kəbs edir”, - deyə bildirib.
 
Qafqaz üzrə analitik Mehdi Nəlbəndi Xürrəmşəhr ilə Xocalının iranlıların qəlbində yaşadığını bildirərək, son döyüşlərdə qazanılan qələbələrə İran xalqının sevinməsindən söz açıb.
 
Digər iranlı tədbir iştirakçıları;  Məhəmmədəli Motəfəkkirazad, Dr.Rəhim Nikbaxt, ehtiyyatda olan General Kabiri, "Aran" araşdırma mərkəzinin rəhbəri Dr.Kəffas, Dr. Rohollah Motəfəkkirazad də çıxış edərək öz fikirlərini bəyan ediblər. (İslamazeri)
 
 
 
 
 
 
 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]