Gündəm

MTN-nin yeni rəhbəri kim olacaq? - NAMİZƏD

20-10-2015, 19:30
MTN-nin yeni rəhbəri kim olacaq? - NAMİZƏD

Prezident İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

Virtualaz.org-un məlumatına görə, dünən bəzi KİV-ləri sabiq nazirin yerinə kimin təyin edilə biləcəyi ilə bağlı da məlumatlar yayıblar. Qeyd edilir ki, MTN-nin yeni şefi kimi ən çox ehtimal olunan namizəd Prezident Administrasiyasının hərbi məsələlər üzrə şöbə müdiri, Bakı şəhər BPİ-nin keçmiş rəisi general Məhərrəm Әliyevdir.
publika.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]