Gündəm

Ayıl Elşad Miri ayıl!

23-04-2016, 20:46

Ayıl Elşad Miri, ayıl!

İlahiyyatçı yazar- Mahir Şəkərov.

Elşad Miri yenə də İslam adı altında İslami dəyərləri təhqir etdi. İslam peyğəmbəri (s) haqda İslami ədəb və ərkanları çeynəyərək danışan Elşad Miri bu dəfə də Hz Əli (ə) haqda ədəbdən kənar danışdı. Ya danışdı ya da danışdırdılar. Elşad bəy! Elə bilmə sənin Adnan Oktar (Harun Yəhya) ilə olan münasibətlərin yadımızdan çıxıb. Dünənə qədər əxlaqsız Harun Yəhyanın qapsında duran sən, illər sonra o qapıdan gördüyün ədəbsizliyi Bakının mərkəzinda nümayiş etdirmədinmi? Gizli şəkildə camaatın qadınların arasına girib şəkil çəkmək icazəsin hansı əxlaq ustadından öyrəndin? Çılpaq qadınlarla tans edən hocandan? Qadınlara sürtünərək içlərinə soxulursan. Naməhrəm deyilən bir məfhum var ay ilahiyyatçı... Ayıl!


Ayıl Elşad Miri ayıl!

 



Hz Əli (ə) – üçün fəzilət və şərafət olan Kəbə evində dünyaya göz açması səni niyə narahat edir? Niyə Hz Əli (ə) ürəyinə belə dağ çəkib? Niyə onun fəzilətlərini qəbul etmək sənə bu qədər ağır gəlir. Bu fəziləti vern Allah deyilmi? Deyirsən ki fəzilət deyil Kəbədə doğulmaq. Bu sənin sözündür və sən nə alimsən, nə ilahiyyatçı. Sənin sözün haçandan dəlil olub Azərbaycan xalqına? Sənin məzhəbin nədir bilmirəm, amma əhli sünnədən dəm vurursan. Əhli sünnə alimləri özləri də təsdiq edir ki, bu hadisə baş verib və Hz Əli (ə) Kəbədə dünyaya gəlib. Son sözüm budur ki, ilahi əzabdan qorx və İslami dəyərləri istehza etmə. Yoxsa hər iki dünyada Allah belə şəxsi rəzil və rüsvay edər. Qorxmursan bəy?!

Xüsusi olaraq Elşad Miri üçün – Əhli sünnə alimləri etiraf edirlər ki hz Əli (ə) Kəbədə dünyaya gəlib bəs sənin dəlil hanı?

1) Hakim Nişapuri (hicri 405-ci ildə vəfat etmişdir) adlı alim belə yazır: "Mütəvatir hədislərdə rəvayət olunmuşdur ki, Fatimə binti Əsəd Əmirul-muminin Əli ibni Əbu-Talibi-kərrəməllahu vəchəhu-Kəbənin içində dünyaya gətirmişdir”. (Hakim Nişapuri "Müstədrək aləs-səhiheyn” c. 3, səh. 550.Beyrut, 1990-cu il).

Zəhəbi, Süyuti, Əbu-İshaq Şirazi, İbn Xəlkan, Əbul-Fida kimi əhli-sünnənin məşhur və böyük alimləri Hakim Nişapurinin adını hörmətlə yad etmiş və onu hədis alimlərinin böyüyü hesab etmişlər. Bircə Hakim Nişapurinin sözü bu hadisənin həqiqət olmasına kifayət edir, amma biz başqa alimlərin də nəzərinin qeyd edirik ki, mövzu oxuculara daha da aydın olsun.



2) Şah Vəliyyullah Dehləvi (hicri 1176-cı ildə vəfat etemişdir) adlı alim özünün "İzalətul- xəfa ən xilafətil-xuləfa” adlı kitabında İmam Əlinin (ə) fəziləti haqqında belə yazır: "Onun (ə) fəzilərlərindən biri də budur ki, əzəmətli Kəbənin içərisində doğulmuşdur”.

Dehləvi adlı bu alim Mühəddis Hind adı ilə məşhurdur. "İzalətul-xəfa c. 4

Bu alim Hindistanın ən üstün etibarlı və böyük alimlərindən olmuşdur.



3) Səbt ibni Couzi (hicri 654-cü ilində vəfat etmişdir) adlı alim özünün "Təzkiratul-xəvvas” kitabında belə yazır: "Rəvayət edilmişdir ki, Fatimə binti Əsəd hamilə olduğu halda Allahın evini təvaf edirdi. Bu vaxt onun doğuş sancısı tutur və Kəbənin qapısı onun üzünə açılır və ora daxil olub həmlini yerə qoyur (yəni doğur)”.

Səbt ibni Couzi Əl-Hənəfi əl-Bağdadi "Təzkiratul-xəvvas”: səh.20.Beyrut, 1981-ci il. Bu alim Əhli-sünnənin sayılan və böyük alimlərindən olmuşdur.



4) Məsudi (hicri 346-cı ildə vəfat etmişdir) adlı alim özünün "Muruvvəcuz-zəhəb” adlı məşhur kitabında İmam Əlinin (ə) Kəbə evində doğulması haqqında belə yazır: "Onun doğulması Kəbə evinin içərisində baş vermişdir”.

Məsudi Əli ibnul-Hüseyn Şafei "Muruvvəcuz-zəhəb” c. 1, səh. 313.

Bu alim Reyğəmbərin (s.a.a.) məşhur səhabələrindən oaln Abdullah ibni Məsudun nəvələrindən hesab olunur.Eyni zamanda əhli-sünnənin məşhur, hörmətli hesab olunan böyük tarix alimi olmuşdur. Özü də Misir sakinidir.



5) Məhəmməd ibni Yusif Gənci Şafei (hicri 658-ci ildə vəfat etmişdir) adlı alim özünün məşhur "Kifayətut-talib” əsərində belə yazılır: "Əmirul-muminin Əli ibni Əbu-Talib (ə) Məkkədə Allahın hərəmi olan evdə - Kəbə evində - Cümə gecəsi Rəcəb ayının 13-cü gecəsi Fil ilindən 30 il keçəndən sonra doğuldu. Ondan başqa heç kəs nə əvvəl, nə də ki, sonra Allahın hərəmi olan evdə doğulmamışdır. Bu hadisə Allah tərəfindən onun üçün bir hədiyyədir və doğuş yerinin hörmətli bir yer olması isə (İmam (ə) üçün) bir əzəmətdir”.

Məhəmməd ibni Yusif Gənci Şafei "Kifayətut-talib fi Mənaqibi Əli ibni Əbi-Talib” səh. 407. Tehran, hicri-qəməri 1404-cü il.

Bu alim əhli-sünnənin böyük alimlərindən, ədiblərindən, mühəddislərindən və şairlərindəndir. Özü də Dəməşq (keçmiş Şam şəhəri) əhlindəndir.



6) İbni Səbbağ Maliki (hicri 855-ci ildə vəfat etmişdir) adlı alim özünün "Əl-fusulul-muhimmə” adlı məşhur əsərində belə yazır: "Əli (ə) şərəfli Məkkədə, Beytul-həramda (Kəbədə) Allahın ayı olan Rəcəb ayının 13-də Cümə günü Fil ilindən 30 il sonra, hicrətdən 23 il qabaq doğulmuşdur. Bəziləri deyib ki, Peyğəmbərimizə (s.a.a.) peyğəmbərlik veriləndən (məbəsdən və ya besətdən) 12 il qabaq və ya 10 il qabaq doğulmuşdur və ondan qabaq heç kəs Beytul-həaramda (Kəbədə) doğulmamışdır. Bu uca Allahın ona aid etdiyi məxsusi bir fəzilətdir ki, onun mərtəbəsini və dərəcəsini uca edərkən hamıya göstərmşdir”.

İbn Səbbağ Maliki "Əl-Füsulu-muhimmə fi mərifətil-əimmə” c. 1, səh. 171.Qum, hicri-qəməri 1422-ci il.

Bu alim Maliki məzhəbinin böyük, hörmətli və məşhur alimlərindən hesab olunur.Özü də Məkkə əhlindəndir.



7) Hələbi (hicri 1044-cü ildə vəfat edib) adlı alim özünün "Sirətu-Hələbi” adlı məşhur əsərində belə yazır: "Həqiqətən o (yəni İmam Əli (ə)) Kəbə evinin içərisində doğulmuşdur. Bu zaman Peyğəmbər (s.a.a.) 30 yaşında idi”.

Əl-Hələbi Əli ibni Burhanud-din "Əs-siratul-Hələbiyyə fi sirətil-əminil-məmun” c. 1, səh. 226. Beyrut, hicri-qəməri 1400-cü il.

Bu alim əhli-sünnənin böyük və hörmərli alimlərindən hesab olunur.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]