Gündəm

Sələfilərin lideri Əlixan Musayev ölkədən çıxmaq istərkən yaxalandı.

31-03-2016, 00:56
 Xeberman.com xəbər verir ki, sələfilərin lideri Əlixan Musayev ölkədən çıxmaq istərkən yaxalandı.

Bu barədə Avrasiya.net-ə adının çəkilməsini istəməyən mənbə məlumat verib. Onun dediyinə görə, Ə.Musayev səhər tezdən, saat 7.00-da Bakını tərk etmək istəyib, amma Hava Limanında saxlanılaraq geri qaytarılıb və nəzarətə alınıb. O, Dubay resyi ilə Dubaya getmək istəyib.

Xatırladaq ki, dünən məlumat vermişdik ki, son günlər onun Suriya cihadı ilə bağlı audio yazısının yayılması, ardınca DQİDK-nın sədri Mübariz Qurbanlının Ə.Musayevlə hüquq-mühafizə orqanlarının məşğul olması açıqlaması və sələfilərin liderinin 11 il həbs cəzasını gözlədiyi ilə bağlı hüquqşünas açıqlaması, ardınca ictimaiyyətin təpkisindən sonra Əlixan Musayev ciddi həbs təhlükəsinin olduğunu bildiyi üçün Dubay şəhərinə qaçmağa hazırlaşır. 

Onun Faly Dubaydan gün ərzində hazırlanan 150 dollar qiymətinə olan viza üçün müraciət edib.
Vizası sabaha (bu gün) hazır olsa qaçacaq.

Türkiyədən 6 ay əvvəl deportasiya edildiyi üçün ancaq çıxış yolu Dubaya qaçmaqda qalıb. Dubaydan da Kuveytə uzun müddət yaşamağa gedəcəyi bilinir. Əlixan Musayevin Kuveytdə "İslam İrsinin Dirçəlişi" xeyriyyə cəmiyyətinə dostları mövcuddur. "İslam İrsinin Dirçəlişi" cəmiyyətinin 11 sentyabr hadisələrindən sonra Azərbaycanda fəaliyətinə xitam verilib.
 
Sələfilərin lideri Əlixan Musayev ölkədən çıxmaq istərkən yaxalandı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]