Gündəm

Ağcabədi rayonunda növbəti ağacəkmə aksiyası keçirildi.

8-04-2015, 06:05
Ağcabədi rayonunda növbəti ağacəkmə aksiyası keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.20-ci yarımbəndində müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsinin təşkil olunması yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxil edilmişdir.
Bu baxımdan Ağcabədi rayonu İcra Hakimiyyəti başçısı Şahin Məmmədovun müvafiq tapşırığına əsasən nəzərdə tutulmuş tədbirlərin davamı olaraq iməcilikdə iki min nəfərdən çox Ağcabədl rayon sakinləri iştirak etmişdir. İməciliyə rayonunun ərazidəki bütün əmək kollektivləri qatılmışlar. Təşkil edilmiş iməcilikdə Ağcabədi rayon ərazisində və yaxın qəsəbə,kənd ətrafında, sahələrində hamılıqla təmizlik işləri aparılmış. Aparılmış təmizlik işləri ərazilərə yeni görkəm vermiş, sakinlər tərəfindən razılıq və minnətdarlıq hissləri ilə qarşılanmışdır.

Fərman Cabbarov 050 893 63 96

Administratorla əlaqə

077 611-55-22

[email protected]