Gündəm / İslam / Elm

Universitetlərdə İslam dərsi tədris olunacaq

24-03-2018, 16:37
Universitetlərdə İslam dərsi tədris olunacaqAzərbaycanın ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradılıb.

Xeberman.com-un xəbərinə görə, Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, təsnifatın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız “Dinşünaslıq” ixtisası tədris olunub.

Nazirlər Kabineti bu dəyişikliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]