Gündəm / İslam

Məzarlıqlarla bağlı YENİ QAYDA

27-10-2017, 09:49

Məzarlıqlar barədə Nazirlər Kabineti xüsusi qərar qəbul edəcək.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: “Onun üzərində mütəxəssislər geniş iş aparıblar. Yeni qaydaların tətbiqi keçmiş qəbiristanlıqlara şamil edilməyəcək, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək.

Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələr və s. yaradılmasına icazə verilməyəcək”.

M. Qurbanlı vurğulayıb ki, bu qaydalar məzarlıqlarda bütövlükdə vəziyyətin nizamlaması məqsədi daşıyır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]