Gündəm

Ramil Usubov iki polis rəisini işdən çıxardı - YENİLƏNİB

8-01-2016, 09:07
Ramil Usubov iki polis rəisini işdən çıxardı - YENİLƏNİB

Xeberman.com xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi Natiq Camalov və Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.
 
Nazirin digər əmri ilə N. Qasımov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib.

N. Camalov isə hələlik sərəncamdadır.

11:10

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Xeberman.com "Report”a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]