Gündəm

KXCP-DƏN HAKIMIYYƏTƏ XƏBƏRDARLIQ: ERMƏNILƏRLƏ

21-02-2017, 23:25
Xeberman.com-un verdiyi məlumata görə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

KXCP Xocalı Türk – müsəlman soyqırımı ilə əlaqədar bəyanat qəbul etmişdir. Bəyanatda deyilir:

“KXCP, Xocalı soyqırımını törətmiş cinayətkarların beynəlxalq məhkəmə yolu ilə cəzalandırılmasını tələb edir. KXCP, Türk – müsəlman soyqırımını ermənilər vasitəsi ilə törətmiş Moskva rəhbərliyinin Qarabağ problemini həll etməyəcəyini bir daha vurğulayır. KXCP Azərbaycan hakimiyyətinin müstəqil siyasət yürüdəcəyinə inamını itirmədiyini bəyan edir. Yalnız anım günlərində, şəhidlərimizi, torpağımızı, müstəqilliyimizi, suverenliyimizi xatırlatmaqla, ermənilərlə qanbir olan kadrlarla, ermənilər üzərində qələbəni təmin etmək çətindir. KXCP, Azərbaycan hakimiyyətindən milli və dini düşmənlərimizə qarşı daha ciddi və davamlı mübarizə tələb edir, qələbəmizin təminatında vətəndaş mövqeyini bir daha bəyan edir.”

KXCP İdarə Heyəti 26 fevral 2017-ci il Xocalı soyqırımının 25-ci ildönümünü qeyd etmək üçün, saat 12:00-da, Bakı şəhərində soyqırım abidəsini ziyarət etməklə bağlı qərar qəbul etmişdir.

KXCP İdarə Heyətinin yığıncağında digər müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]