Gündəm

Güclü qar Lənkəranı işıqsız qoydu

14-02-2017, 00:46
Güclü qar səbəbindən Lənkəranda bir neçə kənd və şəhərin bir hissəsi işıqsız qalıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, enerji xəttində yaranan problemlər səbəbindən şəhərin Qalayçılar məhəlləsi tamamilə işıqsız qalıb.

Bundan başqa Separadi, Sütəmordov və daha bir neçə kənddə də eyni problem yaşanır. Hazırda ərazidə Lənkəran Elektrik Şəbəkəsinin ("Azərişıq" ASC) birqadası çalışır. Qısa müddət ərzində problemin aradan qalxacağı bildirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]