Gündəm

“Nardaran işi-2” Mən Taleh Qaraşovun oğlu ilə dost olmuşam

10-02-2017, 23:02
Məhkəmə başlarkən xeyli mübahisə oldu . Mübahisə Hakimlə ittiham olunan Ağəli Yəhyəyev arasında oldu.
Sakitlik təmin olunduqdan sonra Şahbazov Əlinin vəkilinin dəyişmə xahişinə baxıldı. İradə Cavadova Şahbazov Əlinin vəkili oldu. Əliyev Əmirəlinin də vəkili İradə Cavadova oldu

Məhkəməyə Muradov Fərhad ifadə verdi.

O, məhkəmədə ifadəsinə başlayarkən bildirdi ki, səkkiz ilə yaxındır ki, hepatet xəstəliyindən əziyyət çəkir. Dekabrın 8-i həkimə müayinə üçün getmişdim . Evə gəldim çox ağrıdığım üçün, dincəlmək üçün yatdım. Birdən evə ışıq pulu yığan gəldiyini dedilər və israrla məni çaxırdığın evdəkilər dedi. Məcbur oldum durub ışıq pulu yığanla görüşüm . Bu əsnada gördüm ışıq pulu yığanın yanında daha bir adam var.
Hakim işin mahiyyəti üzrə danış dedi.
Fərhad Muradov: Yoldaş hakim işin mahiyyəti üzrə danışıram. Həmin vaxt danışdıq guya sayğacları müəyyən etmək istəyiblər . Halbuki, işiq pulu yığan bilirdi ki,bizim sayğacımız hansıdır. Mən evə daxil olub yenidən dincəlmək üçün yatmağa getdim.Üstündən 20 dəqiqə sonra birdə gördüm evə 20 -yə yaxın polis və ışıq pulu yığanın yanındakı həmin adam yatdığım otağa daxil oldu. Evə girən adamlardan soruşduqda ki, siz kimsiniz?Onlar BMCMİ-nin əməkdaşları olduğunu dedilər. Evdə yoxlama keçirəcəklərini bildirdilər. Biz yataq otağından çıxıb o biri otağa keçdik. Bu əsnada bir nəfər bizim yataq otağında qaldı. Olduğumuz otaq yoxlandıqdan sonra keçdik yatağ otağına . Orada gözüm şkafın başında ilk dəfə gördüyüm salfana dəydi. Bu vaxt heç yerə baxmadan BMCMİ-nin əməkdaşları həmin salafana yaxınlaşdı. Həmin salafanın içində qumbara və digər silah- sursat olduğunu gördük , Bundan əlavə bir vərqdən ibarət olan kitabcıq gördüm. Həmin kitabcıqda yazılmışdır ki, Hacı Talehin müraciyyəti. Bunlar məndən soruşdu bu nədir? Dedim siz məndən yaxşı bilərsiniz çünki, siz qoymusunuz. Bundan sonra iki nəfər çağırdılar dedilər bunu görürsünüz Fərhadın evindədir.Dedilər bəli gördük. Buna nə var yoldaş hakim mənədə desələr sən gördün məndə deyərəm gördüm . Amma onlar axtarışın əvvəlində gəlməmişdilər. Onlar məni götürüb BMCMİ-nə gətirdilər. Sağ olsunlar dərmanımı götürməyə icaizə verdilər. Gördüm həyətdə 4 dənə xarici maşın var ,bundan əlavə qonşularım və qardaşım da həyətdə idi, amma onları evə girməyə qoymadılar. Yuxudan durduğum üçün əynimin paltarını yolda geyinməyə başladım . Hətta paltarımı bir- bir verdilər, gedə -gedə geyindim gəldik bu vəziyyətdə BMCMİ-nə.
BMCMİ-in dörd əməkdaşı başladı dindirmək adı ilə üstümə düşdülər.Orda bir vərq var .Götür burda yazılanları köçür. Mən bunlara köçürməyəcəyimİ bildirdikdən sonra onlar mənim qardaşımı da həbs ediləcəyi ilə qorxudandan sonra məcbur oldum köçürdüm . Orada yazılmışdı ki, guya mən bu silahları zibillikdən tapmışam . Hacı Talehin müraciyyəti olan kitabcıqı isə tanımadığım adamın verdiyi yazılmışdı. Bunu yazdıqdan sonra müstəntiqin yanına gətirdlər. Mən müstəntiqə dedim ki, bunlar hamsı yalandır ,mənə işgəncə və qardaşımın da həbs ediləcəyi ilə hədələyib yazdırıblar. Bunu eşidən kimi müstəntiq onları çağırdı ki, buna birazda dərs deyin ,hələ dərsini tam başa düşməyib. Dedim mənə dərs fılan lazım deyil . Məcbur oldum razılaşdım
Muradov Fərhad : Biz Hz Əlinin(ə) şiəsiyik bu bizə yaraşmaz da.
Burdan məhkəməyə, media nümayəndələrinə, o cümlədən cəm olunmuş insanlara bildirirəm ki, mən ruhaniyəm və zibilliklər eşələmirəm. Terror edəcəyimizlə bağlı cinayət işi açılıb, biz heç zaman terror etmərik və heç düşünməmişik edək. Bunlar hamsı saxta ittihamdır. Biz Hz Əlinin(ə) şiəsiyik, bu bizə yaraşmaz da. Mən ömürümdə silahı N saylı hərbi hissədə görmüşəm. Bildirim ki, hərbidə nizam- intizama əməl etdiyimə görə xüsusi təltivlədə mukafatlanmışdım. Bundan əlavə olaraq bildirim ki,mən yolu çekəndə yolun boş olub olmamağından aslı olmayaraq yaşıl ışıq gözləyib keçirəm. BMCMİ-i iddia edir ki, biz dövlətin konstitusiyasını dəyişmək istəmişik. Bu əsla doğru deyil.
Burdan əlavə edim bizim tutularkən konstitusiyada göstərilən hüquqlarımız pozulub. Misal üçün 67- ci ,63-cü , 61-ci və s maddələr pozulub .
konstitusiyada maddə göstərilir ki, biz vəkillə təmin edilməliyik. Ailəm gedirdi vəkillə müqavilə bağlamağa .Onlar da biləndə Kİ, Nardaran işi ilə bağlı mən həbs edilmişəm qorxularından yaxın gəlmirdilər. Bundan əlavə olaraq bildirirəm ki, BMCMİ-də məndən yazılı ərizə aldılar oda məcburu ki, güya mən icaizə verirəm ki, evimdə axtarış keçirsinlər. Buda yalandır. Axtarış aparılarkən çox kobud davrandılar. Hətta uşaqlarım çox qorxub, günü bu gündə uşağım polis görəndə qorxur . Hətta uşağım o qədər ağlayıb ki, gözü zəyifləyib və hal-hazırda eynək taxır.

Prokror : Sizin Taleh Bağırzadə ilə yaxın münasibətiniz olub?Taleh sizə silahlı dəstə yaratmaq barədə tapşırıq verib?

Fərhad Muradov : Bəli Hacı Talehi tanıyırdım. Mənə Hacı Taleh sılahlı dəstə yaratmaqla bağlı heç bir tapşırıq verməyib.

Prokror: Müsəlman Birliyinin məqsədi nədir?

Fərhad Muradov: Sivil qaydada hüquqları pozulan vətəndaşlara kömək edək, Xeyriyyə aksiyaları təşkil edək, terrora qarşı milli, mənəvi dəyərlərimizin qoruması üçün işlər görək.

Prokror: İyanə yığılırdı?

Fərhad Muradov: Xəbərim yoxdur.

Vəkil: Saat neçədə gəldilər evə?

Fərhad Muradov: saat dörd - beş olardı.

Vəkil: Gələndə özlərini təqdim etdilər?

Fərhad Muradov: Bir nəfər dedi ki, BMCMİ -dən gəldiyini dedi.

Vəkili: Foto və Video çəkiblər evdə axtarış apararkən .

Fərhad Muradov: Özləri ilə gətirdikləri salafanı yenidən qoydular götürdüyü yerə . Məni yana gətirib həmin yerdə şəkil çəkdi.

Hakim prokrordan xahiş etdi ki, Fərhad Muradovun BMCMİ-də verdiyi ifadəni oxusun. Bu zaman BMCMİ-in aldığı ifadənin oxumasını istəmədi. Dedi bunları mənə təziqlə yazdırıblar.

Hakim etrazı qəbul etmədiyini deyərkən Elçin Qasımlı bildirdi ki, hörmətli hakim bizə verilən işgəncələri siz araşdırmayacaqsınız?

Hakim bildirdi ki, araşdıracağıq ,amma siz bu barədə ərizə yazın.

Elçin Qasımov: Mən və burdakılar yazı yaza bilmir. Biz şifahi formada deyirik .Nə üçün rədd edirsiniz.

Hakim : Bir nəfər yazıb işgəncələrlə bağlı prokrorluğa müraciyyət edib siz də edin.

Nahid Qəhrəmanov: Mən yazmışam.

Prokror: Sizin Müsəlman Birliyində vəzifəniz nə idi?Taleh Bağırzadə sizə nə tapşırmışdı?

Fərhad Muradov: İlahiyyət bölümünün rəhbəri. Çox təssüf olsun ki, xəstəliyimlə əlaqədar olaraq Müsəlman birliyində heç bir fəaliyyətim olmayıb.
Hakim məhkəməyə 20 dəqiqəlik fasilə elan etdi.

Elçin Qasımov: QDEVAMM-ın təsisçisi Azər Ramizoğluna, hüquq müdafiyəçisi Oktay Güləliyevə , Leyla Yunusa və digər bizi müdafiyə edən hüquq müdafiyəçilərinə çox sağolumuzu saytınız vasitəsi ilə bildirirəm


Fasilədən istifadə edib Xeberman.com saytının əməkdaşından Elçin Qasımov xahiş etdi ki, QDEVAMM-ın təsisçisi Azər Ramizoğluna, hüquq müdafiyəçisi Oktay Güləliyevə , Leyla Yunusa və digər bizi müdafiyə edən hüquq müdafiyəçilərinə çox sağolumuzu saytınız vasitəsi ilə bildirirəm. Digər ittiham olunanlarda Elçin Qasmov da öz təşəkkürünü bildirdi. Xeberman .com saytınada öz dərin təşəkkürlərini bildirdi ki, çox sağolun gəlirsiniz.
Nahid Qəhrəmanov: Fasilə zamanı bildirdi ki, ölkə bərbat vəziyyətdədir, insalar banklara küllü miqdarda borca girib, cinayətlərin və oğurluqların çoxsu imkansızlıqdan olur. Hətta mən türmədə olarkən oranın işçiləridə bildirdi ki, onlarında banka borcu var. Bu boyda qanunsuzluğun olduğu ölkədə biz bunları dilə gətirdiyimiz üçün yalançı maddələrlə həbs ediblər. Burda biz yox ,bu milləti bu günə qoyan məmurları və idarəçilər həbs olunmalıdır.
Məhkəmənin ikinci hisəsi başladı.

Hakim elan etdi ki, İsa İbrahimli ifadə verdi.

İsa İbrahimli: Həmin vaxtı yuxuda indiki, məhkəməni hətta hakim sizi belə gördüm yuxda

İsa İbrahimli bildirdi ki, sabah xanım Zəhra (ə) şəhadətidir. Bu münasibəti ilə əlaqədar olaraq bütün müsəlmanlara baş sağlığı verirəm. Məlumdur ki, Nardaranda əməliyyat olan zaman mən Kərbəlaya ziyarətə getmişdim. 3 ildir mən hər İmam Hüseynin 40-cı günü Kərbəlaya gedirəm. Həmin ildə getmişdim. İraqın Samirə şəhərində dincəlirdik və yuxuya getdim. Həmin vaxtı yuxuda indiki, məhkəməni hətta hakim sizi belə gördüm yuxuda. Tək olan Allaha and olsun. Hakimin yanında Əliyev Samiri belə gördüm yuxuda dedilər o sənin dayındır adı ilə dedilər. Dedim axı mənim dayım olsa niyə hakimin yanında oturar və hakim olar. Hətta yuxuda bu sualıda verdim.
Mən 21 gündən sonra vətənə qayıtdım .Gömrükdə saxladılar. Mənə dedilər gözləyin konpyuterdə nə isə problem var. Sonra bir otaqda saxladılar məni .Orda bir nəfər var idi. O telefonla bir nəfərlə danışırdı. Eləcə deyirdi oldu general . Mənə o otaqda dedilər səni ölkəyə buraxmırıq geri qayıtdım. İran sərhəddindən geri qaytdım .Dedim ki, məni qəbul etmədilər özüm elə dedim . Məni ölkəyə geri buraxdılar. Məni gömrükdən tutub gətirdilər BMCMİ-ə gətirdilər. Orda yazılıb ki, mən guya polisə könüllü demişəm evimdə qunbara filan var. Bunlar hamsı yalandır. Orda belə bir şey olmayıb .Məni BMCMİ -nə gətirəndə oranın rəhbəri Seyfullah Rəhimovun yanına gətirdilər. Mənə şərt qoydular ki, ya sən hamsını etiraf edəcəksən və yaxudda evinə gedib yoxlanış aparacağıq. Məndə evə getməsinlər deyə təhdid müqabilində yazdım.
Burdan deyim mən bütün qanunlarımı bilirəm və qanunlara hörmət edirəm. Mən heç vaxt Azərbaycanın konstitusiyasın zor gücünə dəyişmək istəmirəm nədə yoldaşlarım . Bunlar hamsı yalandır. Mən daxili qoşunda qulluq etmişəm əsgərlikdə. Həmin vaxt indiki, müdafiyə naziri Zakir Qaralov o vaxt bizim komadir idi. O məni mükafatlandırıb. Həmin vaxt mən Baş prokrorluğun binasını və DİN-binasının mühafizəsində iştirak etmişəm.
Mənim ərizəmdən sonra evimizə axtarışa getdilər. Müstəntiqə dedim ki, bizim evdə 75 polis axtarışda iştrak edəcək. İnanmadı axtarışdan sonra müstəntiq polis idarəsinə zəng edəndən sonra öyrəndi ki 75 polis iştrak edib . Hardan bildiyimi soruşduqda dedim Kərbəlaya gedəndə yuxuda görmüşdüm.
Lənkəranın icra hakimi Taleh Qaraşov mənim barəmdə yazıb ki, guya mən terrorçuyam. Bu ağ yalandır. Əgər mən terrorçuyamsa o da ,oğlu da terrorçudur. Çünki, mən Taleh Qaraşovun oğlu ilə dost olmuşam. Həmişə bir yerdə yemək yeyirdik . O da həmişə deyirdi atam səni çox istəyir. Səndən razılıq edir .Əgər bir kəs terrorçudursa ,demək onunla dost olan, ondan razılıq edən də terrorçudur. İstəyirəm ki, gəlsin ifadə versin ki, hardan bilirdi mən terrorçuyam . Mənim terrorçu olduğum haqda yazdığı məktubu sübut etsin .

Hakim: Bu barədə vəsadət yazmısınız?

Vəkil : Bəli yazmışıq dəftərxanaya vermişik gələn proses bu məsləyə baxacağıq.

İsa İbrahimli: Evdə yoxlanışdan sonra təzdən mən BMCMİ -nə gətirdilər. Orda balaca boy bir nəfər var idi. Əlmərdanov Kərim adlı biri zalım idi onun otağına apardılar. Onun əlində balaca bir cubuq var idi.O qədər başıma vurdu o cubuqla mənim başım partladı.

Zaldan səslər ucaldı Allah bəlasını versin

Hakim səssizliyə əməl edin.

İsa İbrahimli: Mənim 27 yaşım var məni o qədər döydülər ki, belim ağrıyır indi əsas ilə gəzirəm. Müalicə etdirməyəcəm. Bilirsiz niyə çünki bu günün sahibi Xanım Fatimənin də qabırğasına çox vurub şikəst etdilər, mənidə. Ey xanım! Sən görürsən bu zülümü. Allahım! Onların verdiyi zülmün müqabilində onlara bəla ver.

Hakim: Qarğamayın işin mahiyyəti üzrə danışın:

İsa İbrahimli: Yoldaş hakim !bunlar bizə bu qədər zülm verib . İndi deyirsən qarğamayım? . Allah bizə zülm edənin bəlasını versin.

Zaldan səslər gəlir: Amin

Hakim yenidən zalı sakit olmağa səsləyir.

İsa İbrahimli: Yoldaş hakim mənə o qədər işgəncə verdilər ki, zornan geri qaytarıb məni hücrəyə salırdılar. Hərkət edib gələ bilmirdim. Həmin işgəncələrdən sonra gətirdilər hücrəmə .Yatdım yuxuda Hz.Abbası gördüm . Onun belindən qan axırdı. Dedim ağa nə olub belinə? Dedi :Sizə vurulan hər zərbə bizə dəyir.Bu hadisədən sonra sabahı artıq bizi təcirtxanaya aparılacaydıq.Həmin günü yenidə məni işgəncə olmağım üçün aparılırdım.Mən birinci mərtəbənin rəhbərliyinə dedim ki, evdə xəstə uşağın var ona yazığın gəlsin.Bu sözümü eşidəcək şok oldu.Heç nə demədi. Məni aparan adamların qulaqlarına nəsə pıçıldadı.Zənnimcə deyirdi ki,buna az işgəncə verin və mənə həmin vaxtı geri qaytardılar.Birinci mərtəbənin rəhbərliyi soruşdu ki,sən hardan bildin ki,mənim uşağım asma xəstəsidi.Dedim axşam yuxuda gördüm.Ondan sonra mən türməyə köçdüm.O gün bu günə qədər mən başıma gətirilənlərlə bağlı Prezident İlham Əliyevə 400-ə yaxın məktub yazmışam gördüm cavab gəlmir. Bu yaxında mənə məlum olub ki, həmin məktubu cırıb atırmışlar.Sonda yoldaş hakim siz mənə hansı hökümü verəcəyinizi belə mən çox gözəl bilirəm.Sonda bura cəm olunan bütün möminə analara,bacılara bildirirəm ki,çox sağ olsunlar ki,gəlib bizlərə dəstək olurlar.Çox təssüf ki,mənim anam bu məhkəməyə gələ bilmir.Çünki mən anama zəng eledim ki,məhkəməyə gəlmə.Anam səbəbini soruçanda dedim get hekimə özünü yoxlat sən xəstəsən.Anam hekimə gedib müayinə olunanda bəlli olub ki,rak xəstəsidi ,ömrünə çox az vaxt qalıb.Anam bunu hardan bildiyimi soruşduqda dedim yuxuda görmüşəm.

Prakror: Siz müsəlman birliyinin üzvüsüz?

İsa İbrahimli: Xeyir

Prakror: Hacı Talehi tanıyırsız?

İsa İbrahimli:Bəli

Məhkəm yekunlaşdı və məhkəmə fevralın 12-də , saat 14 -00-da davam edəcək .

Administratorla əlaqə

077 611-55-22

[email protected]