Gündəm

Serj Sərkisyan Azərbaycanla sərhədə gəldi

1-01-2017, 00:50

Bu gün Ermənistan prezidenti Serj Sərkisyan, müdafiə naziri Vigen Sərkisyan və bütün ermənilərin katolikosu Qaregin II Azərbaycanla dövlət sərhədinə, dekabrın 29-da döyüşlərin baş verdiyi Tavuş vilayəti istiqamətinə gələrək erməni ordusunun mövqelərinə baş çəkib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyan və onu müşaiyət edənlər Azərbaycanla sərhəddəki erməni postlarına baş çəkərək hərbçilərlə görüşüb, onlarla Yeni ilin gəlişini qeyd edib. Xatırladaq ki, həmin gün baş vermiş döyüşlərdə Ermənistan ordusu 3 hərbçisini itirib, Azərbaycan ordusunun bir əsgərinin cəsədi düşmənin nəzarətində olan ərazidə qalıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]