Siyasət

Ermənistan Azərbaycana "GERİ ÇƏKİL" deyir.

4-04-2016, 23:39
8 POSTUMUZ ALINIB, 26 HƏRBİÇİMİZ İTİKİN DÜŞÜB - ERMƏNİ TƏRƏFİ.

Az əvvəl Dağlıq Qarabağdakı qondarma rejimin "müdafiə nazirliyi” işğalçı qüvvələrin itkilərinə dair yeni məlumatları açıqlayıb. Bu məlumatlarda rəqəmlər nə qədər kiçildilsə də düşmənin məruz qaldığı sarsıdıcı itkilərin izlərini görmək çətin deyil. Virtualaz.org xəbər verir ki, açıqlamaya əsasən aprelin 2-dən bu yana 20 hərbçi həlak olub (yəqin ki bu rəqəmi ən azı 10-a, 20-yə vurmaq lazım imiş), 72-i yaralanıb. 26 hərbçi isə itkin düşmüş sayılır. Habelə "artsax ordusu” 7 tank itirib.

Qondarma rejimin "müdafiə nazirliyinin” nümayəndəsi Senor Həsrətyan Ermənistanın "Mediamax” agentliyinə açıqlamasında onu da deyib ki, hazırda erməni qüvvələr cənub istiqamətində (Füzuli-Xocavənd) 5, şimal istiqamətində (Ağdərə-Tərtər) isə 3 postunu itirib.

Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan bir-birinin ardınca Facebook-da yaydığı gurultulu bəyanatlarında gah erməni qüvvələrinin heç bir mövqeni əldən vermədiyini, gah əldən verilən mövqeləri "uğurlu əks-hücumla” geri alıb üstəlik bir az da irəlilədiyini bildirirdi. Lakin Artsurun Ovanisyan deyəsən çox pərt olacaq. Çünki indi etiraf edilir ki, bir yox, iki yox, düz səkkiz post itirilib. Prezident Serj Sərkisyan isə bu gün bildirib ki, Ermənistan atəşkəsə hazırdır, ancaq bir şərtlə ki, qoşunlar aprelin1-nə olan mövqelərinə geri qayıtsınlar.

Ermənistan Azərbaycana "GERİ ÇƏKİL" deyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]