Foto Fakt

Nazir bu hakimləri cəzalandırdı — Adlar + FOTOLAR

10-02-2017, 00:56
Xeberman.com xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirdiyi geniş iclasında deyilib.

Bildirilib ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınmış, Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilmiş, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apellyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.

Qeyd edək ki, iclasda şura sədri, Ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib.
Nazir bu hakimləri cəzalandırdı — Adlar + FOTOLAR
Mahir Niftəliyev

Səyyad Qafari



Lətifə Məmmədova




İsmayıl Vəliyev




Anar Alməmmədov


Ülvi Qənbərov

Administratorla əlaqə

077 611-55-22

[email protected]