Dünya

Türkiyədə hərbi çevriliş cəhdi nəticəsində ümumilikdə 194 nəfər həlak olub

16-07-2016, 15:04

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı 41 polis, 2 hərbçi və 47 mülki şəxs, ümumilikdə 90 nəfər həlak olub.

APA-nın Türkiyə müxbirinin xəbərinə görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar deyib.

Ü. Dündar 104 qiyamçı hərbçinin öldürüldüyünü, 1563 nəfərin həbs olunduğunu bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.

APA-nın Türkiyə müxbirinin «Baş Qərargahda zəiflik, boşluq haradan yaranıb ki, çevrilişə cəhd olunub, Baş Qərargah rəisi, ordu komandanlarını girov götürüblər?» sualına Ü. Dündar belə cavab verib:

«Bu məsələ hələ çox təzədir. Bununla bağlı şərh verməyi düzgün saymıram. Zamanı çatanda onun da şərhi veriləcək. Hələlik bu barədə danışmaq istəmirəm».

Administratorla əlaqə

077 611-55-22

[email protected]